20 Noyabr 2014 tarixdə Heydər Əliyev Mərkəzində “Anadangəlmə ürək xəstəliklərində yeniliklər” (“Update in congenital heart diseases”) adlı beynəlxalq konfransın rəsmi açılış mərasimi keçirilib. Noyabrın 22-də başa çatmış tədbir Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.
Konfransda 47 ölkədən 100-ə yaxın həkim iştirak etmişdir. Rəsmi açılış mərasimindən öncə bütün xarici qonaqlarla birlikdə Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Konfransın konsert proqramının təşkilatçısı Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzidir.