"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Dövlət Rəsm Qalereyası “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib

Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib.

Qalereyadan bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə reallaşıb.

Sərgidə bir sıra rəssamın müxtəlif mövzulu əsərləri nümayiş edilir.