Dekabr ayının 29-da Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə rəyasət heyətinin geniş iclası keçirilmişdir. Görüşdə DAMM-ın 2014-cü il üçün gördüyü işlər və iştirak etdiyi tədbirlər haqqında müzakirələr aparılmışdır.
Rəyasət heyətinin qərarı ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Heydərov Kəmaləddin Fəttah oğlu “Əbədi Lider” qızıl döş nişanı ilə təltif edilib.