İNK-nın Şəhidlər Xiyabanına 20 Yanvar ziyarət-yürüşü…
20 yanvar 2018-ci il tarixində sıralarında 80-dən artıq ictimai qurum və təsissatları, KİV və İnternet portalını birləşdirən İNK rəhbərliyi, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, SİMİB və başqa qurumların nümayəndələri, Mərkəzi Qərərgahın könüllüləri, şəhid aillələrinin üzvləri, ziyallılar, KİV nümayəndələri Şanlı 20 yanvar hadisələrinə həsr olunmuş yürüş və Şəhidlər Xiyabanına ziyarət mərasimində iştirak etdilər…
Tədbirə İNK İH-nin sədri, DAMMİB l vitse-prezidenti, SİMİB-nin rəhbəri, ictimai diplomat Rasim Məmmədov başçılıq edirdi.
İNK Mərkəzi Qərəgahındakı 20 Yanvar toplantısı zamanı Rasim Məmmədov bildirdi ki, bu hadisə Azərbaycan dövlətçilik tarixində əlamətdar hadisədir.
Sözügedən tarixi dəyərləndirən çıxışçı İNK-ya daxil olan təşkilatların nümayəndələri, şəhid ailələrin üzvləri və KİV nümayəndələrini yürüş və ziyarətdə gördüyünə çox şad olduğunu vurğuladı.
Daha sonra tədbirdə iştirak edənlər çıxış etdilər, şəhidlərin xatirəsi yad edildi.
İNK rəhbərliyində təmsil olunan Aydın Xan Əbilov, Hacı Quliyev, Yasəmən Əsgərova – Möhübbətqızı, eləcə də şəhid ailələrin nümayəndələri, ziyalılar çıxışlarında bu şanlı tarixi hadisələrlə bağlı fikirlərini, xatirələrini danışdılar…