DAMM İB-nin prezidenti xalq yazıçısı Çingiz Abdullayevin 7 aprel ad gününə ictimai təbrik
Sabah Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin prezidenti, Azərbaycan “Pen klub”unun rəhbəri, AYB katibi, tanınmış ictimai-mədəni xadim, yazıçı, detektiv əsərlər ustadı Çingiz Abdullayevin anadan olmasının 59-cu ildönümüdür.
İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin rəhbərliyində təmsil olunan ictimai xadimlər – sosial diplomatlar və ölkəmizdə insanların güvəndiyi sosial-mədəni simalar, eləcə də könüllülər və gənclər – İNK İH-nin sədri, DAMMİB-nin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İB-nin rəhbəri, tanınmış ictimai xadim Rasim Məmmədov, İNK İH-i sədrin I müavini, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov, İNH Himayədarlar Şurasının sədri, DAMMİB-nin vitse-prezidenti Hacı Quliyev, İNK İH-nin məsul katibi, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova, Xarici əlaqələr departamentinin rəhbəri Nəcəf Qəmbərov, GT-nın sədri Elşad Səfixanov, İNKTV əməkdaşları 7 aprel doğum günü münasibəti ilə ustad söz sənətkarımıza ictimai təbriklərini çatdırlar…
İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, onların Mərkəzi Qərəgah əməkdaşları, koalisiyanın könüllüləri, DAMM-ın yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsulları tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir…