"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Sunayın faciəvi ölümü unudulmur

Bu gün İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun qızı Sunay Məmmədovanın dünyasını dəyişdiyi gündür.

Sunay Məmmədova 2013-cü il 28 aprel günü saat 23 radələrində paytaxtın 28 may küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən selfie çəkərkən yıxılaraq həyatını itirmişdir.

Ömür boyu unudulası olmayan bu dərdi Rasim Məmmədov və ailəsi, yaxınları, əzizləri böyük ürək ağrısı ilə xatırlayırlar.

Mərhumun bütün əzizlərinə dərin hüznlə səbr diləyirik.

“ictimainezaret.info”