"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Musiqili Teatrdan tamaşaçılara müraciət – “Peyvənd olunaq ki, tezliklə görüşə bilək”

Maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində belə fəal iş rejimində olmağa can atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “Peyvənd olunaq ki, tezliklə görüşə bilək” çağırışı ilə sevimli tamaşaçılarına müraciət edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, günümüzün vacib mövzusunu – peyvənd olunmaq kimi mühüm çağırışı hər kəsə ünvanlayan qısametrajlı videoçarx teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.

Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.

Koronavirus əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır.

Layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur.

Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.