Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Soyqırımı parkının və “Ana fəryadı” abidəsinin açılış mərasimi keçirilib.
DAMM İB-nin Prezidenti, xalq yazıçısı Çingiz Abdullayevin, İNK və SİMİB sədri, DAMM İB-nin l vitse-prezidenti Rasim Məmmədovun Azərbaycanın adına hesablanmış rəsmi müraciətləri, DAMM İB-nin Türkiyə təmsilçisi Tural Şahbazlının təşəbbüsləri və Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç böyük xidmətləri sayəsində 12 fevral 2019-cu il tarixində qardaş Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının və “Ana fəryadı” abidəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Türkiyə Prezidentinin rəsmi nümayəndələri, eləcə də yüksək rütbəli dövlət məmurları iştirak ediblər. Tədbirdə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın departamet sədrləri Fərid İsmayılzadə və Sadiq Hüseynov, DAMM İB-nin Türkiyə təmsilçisi Tural Şahbazlı və başqaları iştirak ediblər.
Azərbaycan adına belə bir möhtəşəm tarixi hadisənin reallaşmasındakı xidmətlərinə görə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç DAMM İB-nin təsis etdiyi “Əbədi lider” Qızıl döş nişanı və diplomla təltif edilib…
Açılış mərasimində çıxış edənlər Türkiyə Prezidenti cənab Ərdoğana və Azərbaycan Prezidenti cənab İlham Əliyevə iki ölkə arasındakı belə bir qardaşlıq və mehribanlıq şəraitinə görə dərin minnətdarlıqlarını ifadə ediblər…
Sonra parkın açılışı olub. “Ana fəryadı” abidəsinin qırmızı lentini sayın Mehmet Erkoç və DAMM İB-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim kəsiblər…
Daha sonra qonaqların parkda gəzintisi olub və Xocalı şəhidlərinin ruhuna dualar oxunub.
İctimai Nəzarət Koalisiyası haqqında geniş məlumatlar
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 105-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.
İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.
Təşkilatlar haqqında məlumatlar
105 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), Sabitlik və İnkişaf Mərkəzi İB.
İNK və DAMM İB-nın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073
“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)
E-mail: [email protected], [email protected]
İNK və DAMMİB-nin Analitik İnformasiya Mərkəzi