Türkiyəni ağladan kədərimiz: “Xocalıya ədalət” aksiyaları. DAMMİB və İNK “Xocalı – 25”
Kahramanşəhər Sütçü İmam Universitetində elmi-praktik konfransdan hazırlanmış İNK TV – “İctimaiyyətin səsi” proqramının xüsusi buraxılışı təqdim edirik.
Türkiyədə “Xocalıya ədalət” aksiyaları: Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və İNK xətti ilə qardaş ölkədə “Xocalı soyqırımı – 25” və Xocalı Aylığının aksiyaları – konfrans, toplantı, görüşlər, və başqa tədbirlər zamanı çəkilən şəkillərdən bəzilərini təqdim edirik…
DAMM İB-nin birinci vitse-prezidenti Rasim Məmmədov, millət vəkili Aydın Mirzəzadə, Hacı Quliyev və digər rəsmilər Kayseri Valisinin (icra başçısı) qəbulunda olmusdur. Xocalı həqiqətlərindən bəhs edilmis və lazımi məlumatlar, tarixi bilgilər verilmisdir.
Türkiyədə qlobal aksiyası: Xocalı parkı – DAMM İB-nin
Coxlarının bilmədiyini söyləyirik, bu, XOCALI parkını Erciyəz universtitetinin tələbələri Nəcəf Qənbərov, Fərhad Bədəlov, Elşən Qənbəov və digər vətənpərvər tələbələrin müraciəti ilə Talas Bələdiyə başqanı Rifat Yıdırım bəy əfəndinin qərarı ilə qurulub. DAMMİB nümayəndə heyəti 613 şəhidimizin hər biri üçün ağaclar əkildi.
Azərbaycandan getmiş nümayəndə heyəti bu işdə xüsusi fəallıq göstərirlər.
DAMM İB-nin Türkiyədəki “Xocalı soyqırımı – 25” aksiya və konfransları…
Kayseri il Turizm və Mədəniyət müdürlüyündə “XOCALIYA ƏDALƏT” tədbir və Kahramanşəhər Sütçü İmam Universitetində elmi-praktik konfransı təşkil olundu.