Soltanağa Bayramov (ö. 23 avqust 1993-cü il.)— Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildəLənkəranda tibb məktəbini bitirmişdir. Daha sonra təyinatla hərbi hospitalda işə başlamışdır.
Azərbaycan Respubliksaı prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna öıümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ailəli idi, dörd övladı var.