Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
1963-cü il 17 noyabr Bakının Pirallahı qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alır. Sergey polkovnik-leytenant rütbəsi də almışdır.
Qəlbi hər an Vətən eşqi ilə döyünən Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlar etmiş, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərmişdi. Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı. Vətən övladının adı dilləri gəzirdi, əfsanəyə çevirilmişdi Sergey. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı hamı onun Segey olduğunu bilərdi. 30 avqust 1993-cü il təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğradılar faciədən xilas olmaq mümkün olmadı…
Evli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sergey Stal Suleyman rayonun Darğuş kəndində dəfn edilmişdir.
“N” saylı Hərbi Aviasiya alayında qəhrəmanımızın büstü qoyulub.