Fəxrəddin Cəbrayılov — Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi , Milli Qəhrəman , Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş hərbi rütbəli zabit.
12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur.
Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər.
1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il “N” saylı taborun komandiri vəzifəsinə təyin olunur.
1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli rayonunda və Kəlbəcər rayonunda gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular. 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışmışdır.
2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.