Bu gün Milli Konservatoriyada Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
Anım gecəsində Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin, ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar.
Anım gecəsində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hər il olduğu kimi bu il də ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anır, onun keçdiyi zəngin həyat yoluna nəzər salınır: “Təhsilin hər bir sahəsinin inkişafında Heydər Əliyevin rolu danılmazdır. O hər zaman ölkədə savadlı gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirib. Onun layiqli davamçısı prezident İlham Əliyev də bu ənənəni uğurla davam etdirir”.
Daha sonra çıxış edən Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, təmirdən sonra burada ilk dəfə belə böyük tədbir keçirilir: “Təsadüfi deyil ki, bu tədbir də məhz ulu öndərin xatirəsinə həsr olunub, çünki bu məktəbin yaradılmasında Heydər Əliyevin xidmətləri əvəzolunmazdır”.
Anım gecəsi incəsənət ustalarının ifaları ilə davam edib. DAMM-ın icraçı direktoru Aygün Zeynalova da tədbirdə iştirak etmişdir.