"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Uşaq ürəkləri Azərbaycanda döyünür!

20 Noyabr 2014 tarixdə Heydər Əliyev Mərkəzində “Anadangəlmə ürək xəstəliklərində yeniliklər” (“Update in congenital heart diseases”) adlı beynəlxalq konfransın rəsmi açılış mərasimi keçirilib. Noyabrın 22-də başa çatmış tədbir Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.

Konfransda 47 ölkədən 100-ə yaxın həkim iştirak etmişdir. Rəsmi açılış mərasimindən öncə bütün xarici qonaqlarla birlikdə Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. 

Konfransın konsert proqramının təşkilatçısı Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzidir.