"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildəÜmummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, Azərbaycan mədəni irsin təbliğatında da əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, mərkəzin potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, mədəniyyətlərarası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də Ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir.

Həmin ilin noyabr ayının 9 və 10 Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.

Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

DAMM-ın fəxri prezidenti Dünya Azərbaycanlılarının Ümummilli Lideri

SÖHRAB TAHİR

DAMM İB İdarə Heyətinin fəxri sədri

ÇİNGİZ ABDULLAYEV

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Prezidenti

RASİM MƏMMƏDOV

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Birinci Vitse-Prezidenti

FLORA XƏLİLZADƏ

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Baş Katibi

RAMİZ QULİYEV

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Vitse-Prezidenti

FLORA KƏRİMOVA

"DÜNYA AZƏRBAYCANLILARININ MƏDƏNİYYƏT MƏRKƏZİNİN VİTSE-PREZİDENTİ

RƏŞAD MAHMUDOV

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Vitse-Prezidenti

TAHİR TAHİRLİ

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin İdarə Heyətinin Üzvü

YASƏMƏN HACIYEVA

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin İcraçı Direktor

BƏHRUZ NİFTƏLİYEV

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Məsul Katib

AYNUR BAXŞƏLİYEVA

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin Gənclər Şurasının Sədri

Rəyasət heyətinin üzvləri

1.HEYDƏR ƏLİYEV – DAMM-ın fəxri prezidenti Azərbaycan Xalqının Ümummilli Lideri

2.SÖHRAB TAHİR  DAMM-ın Təsisçisi İdarə heyətinin fəxri üzvü, xalq şairi

3.ÇİNGİZ ABDULLAYEV – DAMM – nın prezidenti, yazıçı, nasir, publisist. xalq şairi

4.RASİM MƏMMƏDOV – DAMM-in birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının İH sədri, 

                                           SİM İB rəhbəri

5.FLORA KƏRİMOVA   DAMM-in birinci vitse-prezidenti, Azərbaycanın məşhur estrada, muğam və

                                          opera müğənisi, aktrisa, görkəmli ictimai xadim

6. RAMİZ QULİYEV – DAMM-in birinci vitse-prezidenti,

7. RƏŞAD MAHMUDOV – DAMM-in birinci vitse-prezidenti, millət vəkili, ürək-damar cərrahı, tibb     üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə   heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkim