“XOCALI SOYQIRIMI AYI” kampaniyası çərçivəsində silsilə aksiyalar
13.02.2017 tarixində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, 70-dən çox qurumu birləşdirən İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İNK və DAMMİB-nin Mərkəzi qərargahının Konfrans zalında “Xocalı – 25: qana burunmuş tariximiz” mövzusunda tədbir keçirildi.
DAMMİB I vitse-prezidenti, İNK İH-nin sədri, SİMİB-nin rəhbəri Rasim Məmmədov tədbiri açıq elan edərək məramı haqqında məlumat verdi.
Daha sonra İNK könüllüləri tərəfindən XX əsrin sonralındakı qanlı genosidə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonra Xocalı soyqırımı canlı iştirakçıları – qurbanları Xəzangül Əmirova və Nigar Əmirova real faktlarla şahidi olduqları faciə haqqında acı xatirələrini danışaraq məclis iştirakçılarını kədərləndirdilər.
Daha sonra geniş məruzə ilə çıxış edən Rasim Məmmədov İNK tərəfindən fevral ayını “Xocalı Soyqırımı Ayı” elan edildiyini bildirdi: “Bu mənada DAMMİB, İNK ölkə daxilində və xaricdə geniş fəaliyyətə başlayıb: növbəti tədbir kimi bu gün faciənin canlı iştirakçılarıyla ictimai müzakirə təşkil olunub.
Ümummilli liderimiz Heydər Əliyev adını daşıyan Fondunun I vitse-prezidenti, eyni zamanda dünyada və ölkəmizdə tanınan ictimai xadim, BMT-nin xoşməramlı səfiri kimi Leyla xanım Əliyevanın rəhbərliyi ilə 2007-ci ildən başlanılan “Xocalıya ədalət” kanpaniyasına dəstək olaraq DAMM İB olaraq Türkiyənin Kayseri (Kayseri Erciyes Universitetinin rektoru, şəhər valisi Süleyman Kamçı, Böyükşəhər Bələdiyyə rəhbəri Mustafa Çelik və b.) və Qəhrəmanmaraş (Maraş Sütçü İmam Universiteti rektoru Durmuş Deveçi, Şəhər valisi Vahdettin Özkan, Böyük Bələdiyyə rəhbəri Fatih Mehmet Erkoç və b.) şəhərində Azərbaycan səfirliyinin yaxından iştirakıyla keçirilməsi planlaşdırılan, o bölgələrin icra orqanlarının başçıları, böyükşəhər bələdiyyə sədrlərinin, hər iki ölkənin millət vəkillərinin, universitet rektorlarının, elm, mədəniyyət və incəsənət xadimlərinin, eləcə də yerli türk, azərbaycan, müxtəlif ölkələrdən gələn tələbələrin və gənclərin, diaspor fəallarımızın istirak edəcəyi aksiyalar özündə zəngin proqram cəmləyib. Proqramlar ərəfəsində Kayseri şəhərində qurulmuş Xocalı parkında Xocalı soyqırımına aid xatirə büstünün açılışı gözlənilir və parkda geniş insan qrupları bilgiləndirilməsi məqsədilə tanınmış ictimai xadimlərin, millət vəkillərinin, Azərbaycandan gedən rəsmi nümayəndə heyətinin üzvlərinin çıxışları gözlənilir. Bakıdan gəlmiş tanınmış ictimai xadimlərin Xocalı soyqırımı və Azərbaycan – Qarabağ həqiqətlərini əks etdirən çıxışları, virtual və real sərgilərin keçirilməsi, universitetlərdə təqdimat, kitab sərgiləri, konfranslar təşkil olunması nəzərdə tutulub.
70-dən çox QHT, KİV, İnternet portal və saytı birləşdirən, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumu, Sabitlik və İnkişaf Mərkəzi İB çoxsaylı üzvləri adından Sizə xüsusi minnətdarlığımızı çatdırır, dövlətçiliyimiz naminə hər zaman cənab Prezident İlham Əliyev rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.
Türkiyədə və qonşu ölkənin seçilmiş şəhərlərində ictimai yerlərdə, parkda sağlamlıq imkanları məhdud gənclər tərəfindən Xocalı faciəsinin dəhşətlərini nümayiş etdirən ədəbi kompozisiya və Prezidentin məlum sərəncamıyla 25 illiyini qeyd etdiyimiz Xocalı soyqırımına aid proqramla Türkiyə ictimaiyyəti və xarici tələbələr qarşısında çıxışına dəstək olmanızı xahiş edirik.
Onu da xatırladım ki, tədbirlərimiz rəsmi İNK TV – İnternett TV-mizdə, www.inktv.az portalımızda və sosial şəbəkə resurslarımızda canlı yayımlanacaq…”
İctimai müzakirədə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzli, İNK və DAMMİB İH-nin məsul katibi, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, şair-publisit Həmdulla Şıxəliyev, İNK sədrinin müavini, YYSQ sədri Aydın Xan Əbilov və başqaları da çıxış edərək Xocalı soyqırımını törədən erməni qəsbkarlarının cəzalandırılmasının vaciblisini söyləmişlər…