AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

9 iqlim qurşağı

Yer kürəsində mövcud olan 13 iqlim tipindən 9-u Azərbaycandadır

Dəmirağac

Azərbaycanın cənub bölgəsində bitən dəmirağac Azərbaycan torpağının yetirdiyi nadir incilərdəndir. Çox maraqlıdır ki, bu ağacın parçası nə odda yanır, nə də suda batır. Ona mismar çalmaq da qeyri-mümkündür. Talış meşələrində bitən bu ağac 200 ildən artıq ömür sürür. Bir möcüzə də budur ki, ağacın budaqları bir-birinə sürtündükcə bitişir.

Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur.

Eldar şamı

Eldar şamı (Pinus eldarica) endem ağac növü olub, dünyada təbii halda yalnız Azərbaycanda – Qabırrı çayının sağ sahilində, Elləroyuğu dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi ilə Qafqazda ilk qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar ərazidə botaniki yasaqlq elan edildi və qorunmağa başlandı.

Neft Daşları

Dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Ceyms Bondun məşhur sərgüzəştlətindən biri olan "Dünya kifayət deyil" (The World Is Not Enough) filminin əsas kadrları məhz burada - Neft Daşlarında lentə alınmışdır.

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

Yanar dağ

Dünyanın möcüzələrindən biri sayılır. İslam dinindən əvvəl Yanardağ atəşpərəstlərin dini inanc, sitayiş yeri olub. Bu abidə ilə bağlı çoxlu əfsanə, rəvayət mövcuddur.

Yanardağdan bir az aralıda, yəni 200 metr cənubda yerin altından zəif vulkan püskürür və ətrafa lillə qarışıq su səpələyir. Həmin vulkan suyu ilə bərabər yerdən çıxan kükürdlü qaza alışqan yaxınlaşdıranda, ani olaraq alovun yanmasını müşahidə etmək olar. Abidənin ətrafında yanan alov 10-15 metr hündürlüyədək qalxır. Qış fəslində alovun şöləsi daha aydın görünür.

Palçıq vulkanları

Maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Palçıq vulkanlarına Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.

Xarı bülbül (ofris)

Səhləbkimilər fəsiləsinə aid bitki cinsidir. Xarı bülbül Azərbaycanın və dünyanın nadir endemik növüdür. Əsasən Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir.

Miniatür kitab muzeyi

Miniatür kitab muzeyinin açılışı  2002-ci il aprelin 23-də olmuşdur. Muzey YUNESKO-nun qərarı ilə dünyada hər il qeyd edilən Beynəlxalq kitab və müəllif hüquqları günündə Bakı şəhərində yaradılmışdır. Muzey dünyada ilk özəl Miniatür Kitabları Muzeyidir.

Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Vitrinlərə 60 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova 20 ildən artıq müddətdə toplamışdır. Muzeyə gələnlər Azərbaycan, Rusiyada, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər.