AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Rusiya Federasiyasının Moskva Şəhərində Beynəlxalq Forum

“Dünya Azərbaycanlı İntellektuallarının III Forumu”. 9-12 iyun 2018-ci il, Rusiya Federasiyası, Moskva şəhəri

Dünya Azərbaycanlı intellektuallarının platforması çərçivəsində

“Dünya Azərbaycanlı İntellektuallarının III Forumu”

GÜNDƏLİK

10 iyun 2018-i il

Rusiya Federasiyası, Moskva şəhəri. “Standart” oteli

14:00-15:00 - Ümumi milli Lider Heydər Əliyevin Moskvadakı heykəli və dahi şair Nizami Gəncəvinin Moskvadakı heykəlini ziyarət.

17:00–17:50  - Forum iştirakçılarının qarşılanması və qeydiyyatı.

18:00-19:30  - “Dünya Azərbaycanlı intellektuallarının III Forumu”nun açılış mərasimi, salamlaşma və açılış nitqləri, qeyri-formal müzakirələr.

19:90-20:00 - DAMMİB Prezidenti, AYB katibi, Pen-Klub rəhbəri, xalq yazıçısı Çingiz Abdullayevlə görüş.

20:00-20:30 - Forum iştirakçılarının ünsiyyət vaxtı.

Forum Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, AYB katibi, Milli Pen-Klub rəhbərixalq yazıçısı, hüquq doktoru Çingiz Abdullayev və İNK İH sədri, DAMM İB I vitse-prezidenti, SİMİB sədri Rasim Məmmədovun rəhbərliyi, Rusiyada yaşayan diaspor nümayəndələrinin iştirakıyla reallaşdırılır.

Dünya Azərbaycanlı intellektuallarının platforması çərçivəsində

Dünya Azərbaycanlı intellektuallarının III Forumu

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti, AYB katibi, milli “Pen-klubun” rəhbəri, xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi altında DAMM İB 2017-ci ildən etibarən dünya azərbaycanlı intellektuallarını birləşdirən yeni bir mədəni platforma yaradıb.

Dünya Azərbaycanlı intellektuallarının, eləcə də Avroasiya məkanında yaşayan, respublikamızda fəaliyyət göstərən nüfuzlu ictimai-siyasi, elm, mədəniyyət, təhsil və başqa sahələrin nümayəndələrini birləşdirməyi qarşısına məqsəd qoymuş yeni platforma Vətənimizə tarixən bağlı, Azərbaycanın geosiyasi maraqları olan ölkələrdə forumlar təşkil edir.

DAMM İB-nin ötən ilk beynəlxalq forumu qardaş Türkiyənin iki şəhərində, daha sonra II Forum Azərbaycanın paytaxtında üç böyük tədbir formatında təşkil edilib. Növbəti tədbirimiz Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 10 iyun 2018-ci il tarixində keçiriləcək “Dünya Azərbaycanlı intellektuallarının III forumu”dur.

Forumlar dünya azərbaycanlılarının həmrəyliyi kimi böyük amala xidmət edir. Belə ki, “Dünya Azərbaycanlılarının Müasir İntellektuallarının III Forum”unun keçirilməsində əsas məqsəd dünyada yaşayan azərbaycanlılar və Azərbaycanla bağlı olan xalqların nümayəndələri, tanınmış iş adamları və ictimai fəallar, eləcə də QHT rəhbərlərini bir beynəlxalq platforma çərçivəsində birləşdirməklə, gələcəkdə onların yaşadığı ölkələrin parlament və dövlət qurumlarında təmsil olunmasına yardımçı olmaq, bu istiqamətdə onlara təşkilatı, mənəvi-mədəni dəstək verməkdir. Bu işə indidən başlamaqda məqsəd azərbaycanlıları yaxın perspektivdə (3-5 il ərzində) yaşadıqları ölkələrin dövlət, parlament və bələdiyyə strukturlarında təmsil olunmasına nail olmaqdır.

Gələcəkdə mili diasporumuzun fəalları kimi bu insanların iştirakı ilə geosiyasi maraqlarımızı ifadə edən, ölkəmizin siyasətinə dəstək verən və respublikamızın maraqlarını yaşadıqları ölkələrdə təmin edən Azərbaycan diaspor liderlərini formalaşmasına, Azərbaycanın dünyada tanınmasına, həqiqətlərimizin dünyada səsləndirilməsinə, yerlərdə kadrların hazırlanmasına dəstək verməkdir.

Forumların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Platformamız Azərbaycan, Türkiyə, İran İslam Respublikası, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, İraq və Avropa ölklərində yaşayan intellektualların fəaliyyət bazasını yaratmağa dəstəkdir. Avrasiya ölkələrindəki milli diaspor fəallarını, mədəniyyət mərkəzlərimizdən kənarda qalan tanınmış istedadlı şəxsləri, lider kimi formalaşmaq niyyətində olan insanları bizim platformada görmək istəyirik.

Təşkilatçılar haqqında qısa məlumat

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi (DAMM İB) 22 illik geniş fəaliyyəti ölkə ictimaiyyəti arasında və beynəlxalq aləmdə hər zaman maraqla qarşılanıb. Bunu həyata keçirdiyimiz layihələr, çoxistiqamətli fəaliyyətimiz, milli diaspor siyasətinə verdiyimiz dəstəyimizlə sübut etmişik. Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq DAMM İB ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq, İNK-ya daxil olan təşkilatların müxtəlif dövlətlərdə yaşayan üzvlərinin, həmçinin, xarici qonaqların iştirakının təmin etmək, milli diaspor hərəkatına təkan vermək baxımından apardığı məqsədəyönlü fəaliyyəti zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi ideoloji istiqamətləri əsas götürmüşük və böyük işlər aparırıq.

80-dən çox QHT, KİV, İnternet portal və saytı birləşdirən, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, eyni zamanda Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi çoxsaylı üzvləri adından bəyan olunur ki, dövlətçiliyimiz naminə hər zaman cənab Prezident İlham Əliyev rəhbərliyi altında işləməyə hazırıq. Milli əhəmiyyətli aksiya və tədbirlərin təşkilində DAMM İB səylərini daha da gücləndirəcək.

Tədbirlərimiz rəsmi İNK TV – İnternet TV-mizdə, www.inktv.az portalımızda və sosial şəbəkə resurslarımızda yayımlanacaq. Eləcə də Forum haqqında rəsmi məlumatlar www.ictimaixeber.az analitik informasiya portalımızda işıqlandırılır.

Təşkilatlar haqqında məlumatlar:

İNK TV-də hazırlanan kreativ müəllif proqramlarına www.inktv.az – İNK TV İnternet Telekanalından da baxmaq mümkündür. 80-dən çox QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), Sabitlik və İnkişaf Mərkəzi İB.

İNK və DAMM İB-nın ünvanı:

Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə

“Qaynar xətt” - Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)

E-mail: info.damm.mf@gmail.com, inkoalisiya@gmail.com

Saytlar:

www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.yenimedia.net
www.kitabxana.net
www.yysq.kitabxana.net

   

   

Go Back

Comments for this post have been disabled.