AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

İNK TV və yeni çəkiliş pavilyonunun ictimai Açılışı. I hiss. “Sənə ehtiyacım var” – XVI

Aprelin 12-də İNK Mərkəzi ofisində – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Sabitlik və İnkişaf Mərkəzi İB, Yeni Yazarlar və Sənətçilər Qurumunün müştərək kreativ layihəsi olan http://inktv.az/ – İNK TV-nin ictimai təqdimatı və yeni çəkiliş pavilyonunun açılış mərasimi baş tutdu.

Tədbirdə DAMMİB-nin prezidenti, xalq yazıçısı Çingiz Abdullayev, İNK sədri Rasim Məmmədov, xaricdən gələn qonaqlar, eyni zamanda tanınmış ölkəmizin tanınmış ictimai elm, mədəniyyət xadimləri, incəsənət adamları, İNK üzv təşkilatların rəhbərləri, könüllülər və üzvləri iştirak edirdi.

Tədbirin tele-variantını “Sənə ehtiyacım var” proqramının xüsusi buraxılışı kimi tanınmış aparıcı Xuraman Aydınqızının aparıcılığı və müəllifiylə (I hissə) sizlərə təqdim edirik.

Tədbirdə aşağıdakı rəsmi şəxslər çıxış etdilər.

  1. İNK sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İB-nin rəhbəri, İNK TV-nin yaradıcısı, tanınmış ictimai xadim Rasim Məmmədov
  2. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan “Pen-Klubunun” rəhbəri, görkəmli ictimai-mədəni xadim, dünyaşöhrətli xalq yazıçısı Çingiz Abdullayev
  3. İNK İH-i sədrin I müavini, DAMMİB-nin İcraçı direktoru, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, İNK TV-nin baş direktoru, istedadlı yazıçı-kulturoloq Aydın Xan Əbilov
  4. İNK Himayədarlar Şurasının sədri, DAMMİB-nin vitse-prezidenti, tanınmış ictimai xadim Hacı Quliyev
  5. DAMM İB və İNK İH-nin məsul katibi, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova
  6. İNK və DAMMİB Xarici əlaqələr departamentinin rəhbəri Nəcəf Qəmbərov
  7. İNK Himayədarlar Şurası sədrinin müavini, DAMMİB-nin EŞ-nın üzvü Şahin Cahangirov cə b.

İstedadlı aparıcı Xuraman Aydının aparıcılığı ilə keçirilən məclis daha sonra tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdi…

İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, onların Mərkəzi Qərəgah əməkdaşları, koalisiyanın könüllüləri, DAMM-ın yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsulları tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir…

Go Back

Comments for this post have been disabled.