AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

DAMM və İNK nümayəndə heyəti - “3 dekabr - Beynəlxalq Əlillər Günü”

Dekabr ayının 2-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov və nümayəndə heyəti “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri ilə görüşdülər.

Fiziki qüsurlu olmalarına bamayaraq öz bacarıq və qabiliyətlərini yüksək səviyyədə sərgiləyənlərin dülgərlik, rəssamlıq, xalçaçılıq, bərbərlik vəs bacarıqları nümayiş olundu. Xüsüsi diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Onlar çox məharətlə milli adət ənənələrimizi əks etdirən əl işlərinə daha çox üstünlük verirlər. Bu onların vətənə, torpağa, mili köklərə bağlılığını göstərir.

Gənc istedadların əl işlərinə tamaşa edən Rasim Məmmədov, onlara uğurlu gələcək arzuladı və bu əməklərini yüksək qiymətləndirdi. Rasim məmmədov həmçinin qeyd etdi ki, fiziki məhdudiyyəti olan gənclər ölkə prezidentinin və bütün xalqın diqət mərkəzindədir və onlara qayğı göstərmək hər bir azərbaycan vətəndaşının borcudur.

Bundan əlavə DAM ın vise prezidenti Hacı Quliyev də gələn qonaqların arasında olub və fiziki qusurlu gənclərimizə olunan arzu və istəklərə qoşulduğunu bildirib.

Qonaqlar paralimpiya komitəsinin və dəstək təşkilatının iştirakı ilə 3-cü senicap Boccia turnirində iştirak edəcək idmançıların püşkatma mərasimində və təlim məşqlərində iştirak edib.

Daha sonra Mərkəzdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Spartak - Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “3 dekabr - Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş stolüstü idman növləri (şahmat, dama, nərd), gücsınama və darts üzrə keçirilmiş yarışların mükafatlandırma mərasimi oldu. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin I müavini Aidə Əliyeva qalibləri təbrik etdi. Sonda qaliblər Fəxri fərman və pul mükafatları ilə təltif olundular.

Go Back

Comments for this post have been disabled.