AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Gənclər bizim gələcəyimizdir!

2 fevral Gənclər günü ilə bağlı Sabitlik və İnkişaf Mərkəzinin sədri DAMM-ın birinci vitsə prezidenti Rasim Məmmədov gənclər qarşısında çıxış edərək, ölkə gəncliyinin son 20 ildə əldə etdiyi nailiyyətlərdən, uğurlardan, ürək dolusu, söhbət açaraq, Azərbaycan gəncliyinin təbrik etmişdir. Təməli 1997-ci il 2 fevralda Ulu Öndər Heydar Əliyev tərəfindən qəbul edilmiş bu addım nəinki Azərbaycan gəncliyinə Azərbaycanın gələcək inkişafına misilsiz tövhələr verən bir qərardır. Bu qərar qəbul edilənə qədər yəni 1985-ci ildən başlayaraq Azərbaycan Respublikasında naşı insanları vəzifəyə gətirilərək getdikcə böyük vüsat almış ümimilikdə 1988 - 1989-cu illərdə isə artıq həmin qüvvələr tam Respublikanı ələ keçirmişlər. Həmin gündən etibarən Respublikanın istər mədəniyyətinə, istər gəncliyinə, önəm verilməmiş və anarxiya və xaus dövr yaşamışdır. Bu mənfi mühitdən istifadə edən bir qrup insanlar gənclərimizi əyri yollara çəkərək, onları öz cinayətkər dəstələrində yalan vədlər verərək onlardan dövlətin əleyhinə istifadə etmişlər. Bütün bu aci faciələrdən xilas olmaq üçün sağlam gənclik və Azərbaycan xalqı böyük siyasətçi dahi Heydər Əliyevə üz tutaraq xalqı bu bəladan xilas etməyi xahiş etmişlər. Bu gün artıq müasir Azərbaycan gəncliyi bu kimi faktlarla heç vaxt qarşılaşa bilməz çünki müstəqil qüdrətli demokratik bir dövlətdə yaşayırıq. Bugünki gəncliyimizdə isə müasir və global dünyanın problemləri görünməkdədir. Bildiyimiz kimi artıq Azərbaycan gəncləri dünyanın bir çox ölkələrindən Ali Təhsil alırlar. Eyni zamanda müstəqil Azərbaycanımızdada çoxlu sayda xarici tələbələr təhsil alır. Gənclərimizə tövsiyəmiz bundan ibarətdir k, daim bilik və bacarıqlarını yüksəltsinlər. Vətənə, dövlətə bağlı, cəmiyyətə fayda verən, müasir, dünya görüşlü gəncəlr olsunlar çünki onlar Ulu Öndər Heydər Əliyəvin qrup yaratdığı möhtəşəm qüdrətli Azərbaycanın vətəndaşları və gəncləridir.

 

 

 

 

Go Back

Comments for this post have been disabled.