AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Könül Xasıyevanın möhtəşəm konserti baş tutdu.

 Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) təşkilatçılığı ilə Heydər Əliyev Sarayında əməkdar artist Könül Xasıyevanın “Qayıt nə olar” solo konserti keçirilib. Gecədə ilk öncə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) fəaliyyətini əks etdirən videoçarx, sonra isə Könül Xasıyevanın “Azərbaycan” adlı klipi nümayiş etdirilib.
   Daha sonra DAMM Azərbaycanın tanınmış dövlət və ictimai xadimlərini üzərində Heydər Əliyevin əksi olan qızıl “Əbədi Lider“ döş nişanı ilə təltif edib.  
   Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Sahibkarlıq və İnkişaf" İctimai Birliyinin sədri Rasim Məmmədov Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova, professor Vasif Məmmədəliyevə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyevə və əməkdar artist Könül Xasıyevaya döş nişanlarını təqdim edib.
   Daha sonra səhnəyə çıxan Könül Xasıyeva ilk olaraq “Qayıt nə olar” mahnısını səsləndirib, sonra digər mahnılarını tamaşaçılara təqdim edib.

 

 

Go Back

Comments for this post have been disabled.