AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

İctimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il 1-ci qrant müsabiqəsinə Rasim Məmmədovun sədri olduğu Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanaraq təqdim olunan “Nəqliyyata ictimai nəzarət”: ictimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək” mövzusunda beşaylıq layihə 10 iyul 2020-ci il tarixindən etibarən həyata keçirilməyə başlanılıb.
Layihə müasir dövrün tələb və dəyərlərinə uyğun olaraq, ictimai nəqliyyatda, eləcə də sürücülərlə piyadaları, nəqliyyat sahibkarları ilə idarəçiləri, sürücülərlə sərnişinləri, həmçinin mövcud qanunlarla vəzifələri əhatələyən mürəkkəb yol mədəniyyətində fərqli münasibətləri dəstəkləyərək geniş kütlələrin yararlandığı ictimai nəqliyyat biznes sahələrində sivil davranış qaydalarının formalaşmasını və inkişafına dəstəkləyir. İctimai nəqliyyatda və yol infrastrukturunda ictimai nəzarəti, ümumi ictimai qınağı önə çəkərək, vətəndaş-sahibkar, sürücü-piyada, sərnişin-sürücü münasibətlərinə yeni, fərqli, kreativ-innovativ baxışlarla bağlı təşəbbüslərin reallaşdırılmasını, fərqli sahibkarlıq, ictimai ədalət, sivil nəqliyyat-yol fəlsəfəsinin sosial konsepsiya olaraq irəli sürür.Nəqliyyatda ictimai nəzarət vətəndaş fəallığını, sürücü-sərnişin münasibətlərindəki gərginliyi, eləcə də yollardakı tıxacların azalmasına, ekoloji-iqtisadi, ictimai-sosial problemlərin həllinə yardımçı ola bilər.
Son illər dünyada və Azərbaycan yol-nəqliyyat sahələrində baş verən iqtisadi yeniliklər və dəyişikliklər, İK texnologiyası, süni intellektin sürətlə inkişafı, ənənəvi fərdi nəqəliyyat vasitələrinin fərqli – innovativ-kreativ ictimai nəqliyyat növləriylə əvəzlənməsi, respulikamızda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidenti İlham Əliyevin imzaladığı proqramlar, regionların iqtisadi cəhətdən inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı infrastruktur yenilikləri dəstəkləməklə ictimai nəqliyyatda, yol mədəniyyətimizdə, sürücü-sərnişin, piyada-sürücü münasibətərində əsaslı dəyişikliklərə ehtiyac duyulur.
KİV və sosial şəbəkələrdə son vaxtlar ictimai nəqliyyatda sürücülərlə sərnişinlər, eləcə də ictimai nəqliyyat istifadəçiləri arasında müxtəlif formalı münaqişələrlə bağlı yayılan materialların moninorinqi də göstərir ki, həm ictimai nəqliyyatda – avtobus, metro, taksi, şəhərlərarası nəqliyyat vasitələri – dəmiryolu, aviasiya, hətta velosiped və piyadalarla bağlı müxtəlif səviyyədə problemlər mövcuddur! Vətəndaşlar ictimai nəqliyyat vasitələrinə ziyanlar vurur, sürücülərin öz peşə vəzifələrini yerinə yetirməklərinə maneə olur, qeyri-qanuni tələbləri ilə başqalarının həyatını təhlükəyə atırlar. İctimai nəqliyyatda etik və davranış normalarına riayət etmək istəməyənlər özlər də bilmədən qanun qarşısında cavabdehlik daşıyır, münaqişələr zamanı insanlar xətər alır, iqtisadi və sağlamlıqla bağlı zərələr meydana çıxır, xuliqanlıq, cinayət tərkibli hadisələr zamanı isə şəhərlərdə kriminal durum mürəkkəbləşir. İctimai və fərdi nəqliyyat sürücüləri arasındakı münaqişələr, sürət artımı, qanunla tənzimlənən yerlərdə parklanma pozuntuları, sərnişinlərin avtobusları istədikləri yerdə saxlamaq tələbləri, ictimai nəqliyyatda yararlananların hansısa kobudluqları kimi problemlərin böyük əksəriyyətini maarifləndirmə, ictimai nəzarəti gücləndirmək, vətəndaş aktivliyi göstərərək sosial qınaq alətlərindən ayrarlanmaqla aradan qaldırmaq mümkündür. Sosial şəbəkə paylaşımları, İnternet resurslarında yayımlanan ictimai nəqliyyat və yol mədəniyyətindəki qüsurlar, nöqsanlar, çatışmamazlıqlar, yaradılan süni əngəllər, insanların həyatına qəsd kimi qəbul edilə biləcək hallara qarşı mübarizədə geniş kütlələrin fəal müdaxiləsi və ictimai nəzarəti yaratmaqla almaq mümkündür.
Layihənin əsas məqsədi ictimai nəqliyyatda ictimai nəzarəti, sosial qınağı tətbiq və təbliğatını aparmaqla, müxtəlif formada aksiyalar təşkil etməklə maarifləndirmə, xaricdəki uğurlu təcrübələri yaymaq, vətəndaşları bu sahədə etik davranış qaydalarını qorumağa çağırmaqdır. Bu yöndə nəqliyyat mütəxəssislərinin, ekspertlərin, ictimai xadimlərin yazdıqları məqalə və materiallardan ibarət kitab, eləcə də yeni media imkanlarından yararlanaraq sosial şəbəkə və İnternet resurslarında virtual aksiyalar, elektron kitabxanada hazırlanacaq e-nəşrlər yerləşdirməklə, ayrıca “Nəqliyyatda ictimai nəzarət” sosial şəbəkə resursunu yaratmaqla qarşıya qoyulan məsələlərin həllinə yardımçı olmaqdır. Orta məktəbdə oxuyan şagirdlər, universitet tələbələri, ictimai fəal gənclərin iştirakıyla geniş kütlələr arasında maariflənmə işləri aparılması nəzərdə tutulur. Sərnişinlər və avtobus sürücüləri, ictimai nəqliyyatdan yararlanan, işləyənlərin özlərinin də cəlb olunacaq tədbirlər zamanı nəqliyyatda ictimai nəzarətin formalaşdırılması, sosial qınaq alətlərinin bərqərar edilməsi, yeni media və İKT imkanlarından yararlanaraq qanunları pozanları tənbeh edilməsi, ictimaiyyətin qarşısına çıxarılaraq məzəmətt olunması mexanizmi işlənəcək, eləcə də etik davranış normalarının hər kəs tərəfindən qorunmasının vacibliyi təbliğ olunacaq.
Bu problemə innovativ-kreativ yanaşmanın vacibliyi ictimai nəqliyyat sahiblərinə tanıtmaq, intellektual-elmi, kulturoloji-kreativ materiallardan, virtual məhsullardan ibarət resursların yaradılması nəzərdə tutulur. Paytaxt Bakıda və İnternet üzərindən bölgələrdə onların tanıdılması, sosial şəbəkələrdə məxsüsi olaraq PR-nın aparılması nəzərdə tutulur. Layihə çərçivəsində ictimai nəqliyyatda etik davranış formaları, ictimai nəzarətin, sosial qınağın aktuallığını göstərən elmi-təcrübi materiallardan ibarət kitabın, rəqəmsal e-nəşrlərin, vizual-virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahələrdəki problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.
Ölkəmizdə bu sahədə nə e-kitab, səsli – audi nəşrlər, nəqliyyat sahələrinə dair rəqəmsal məhsullar, onlayn-oflayn elektron kitabxana, virtual – İnternet resursları zəif təşkil olunduğuna görə vətəndaşlar, sürücü və piyadalar dünyada inkişaf edən bu proseslərdən kənarda qalıblar. Son 10-15 ildə xaricdə elektron kitab, səsli rəqəmsal məhsullar, e-kitabxana, İnternetüstü e-nəşr və virtual yayım kimi yeni kreativ-innovativ təşəbbüslər nəqliyyat və etik sahələri əhatə edərək fərqli normalar ortaya qoyub.
Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər icra olunacaq:
1. Fəaliyyətə cəlb olunacaq könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması. İctimai nəqliyyatla bağlı vəsaitlərinin e-nəşrə hazırlanması, rəqəmsal kitabların elektron nəşrinə başlamaq. Nəqliyyatda ictimai nəzarət, sosial qınaq, vətəndaş aktivliyi kimi sahələr üzrə elmi-populyar ədəbiyyatların, beynəlxalq təcrübələrin, yanaşmaların öyrənərək yayımı, təbliğat istiqamətində fəaliyyətlərin təşkili.
2. Elektron kitablar hazırlamaq. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycanda nəqliyyatda ictimai nəzarət, sosial qınaq, vətəndaş aktivliyi kimi aktual məsələlərə həsr olunmuş materialların, təcrübələrin, sahəvi ədəbiyyatların geniş ictimaiyyətə və oxuculara tanıtmaq məqsədi ilə Feysbukda “Nəqliyyatda ictimai nəzarət” virtual resursun yaradılması, geniş fəaliyyətinin qurulması.
3. “İctimai nəqliyyat – ictimai nəzarət” mövzusunda kütləvi toplunun nəşri və yayımı. Kitab 50 səhifədən yuxarı, 400 tirajla çap olunacaq. Bakıda və Sumqayıtda geniş ictimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda tanıtım tədbirlərinin təşkili, dəyirmi masa və müzakirə materiallarının vizual formada hazırlanması, İnternet resurslarında, sosial şəbəkələrdə yayımı.
4. Bu sahəyə aid e-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının genişləndirilməsi.
5. TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin, tanıtım tədbirlərinin keçirilməsi. PR aksiyalarının təşkili. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini keçirilməsi və nəticələrini qiymətləndirilməsi. KİV-də media-aksiyaların təşkili.
Layihə əsasən ictimai nəqliyyat sektorunda çalışanlar – sahibkar, inzibatçı, sürücü, sərnişinlər, yol mədəniyyətinin inkişafında maraqlı olanlar, gənclər, ictimai fəallar, sosial aktivistlər, gənclər, ictimai xadimlər, nəqliyyat ekspertləri, məktəblilər və tələbələrə ünvanlanır. Pilot layihə ictimai nəqliyyatın sıx olduğu paytaxt Bakı və Sumqayıt şəhərində reallaşdırılması nəzərdə tutulur. Eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı əhatələməyə çalışılacaq!

Layihə yekunlaşandan sonar qazanılacaq nailiyyətlər kimi aşağıdakı nəticələr gözlənilir:

1. Nəqliyyatda ictimai nəzarət, sosial qınaq, vətəndaş aktivliyi güclənərək etik davranış normalarının həm sürücülər, həm də piyadalar tərəfindən qorunmasına səbəb olacaq.
2. Bu sahədə ictimai nəzarətin təbliğatını aparmaqla, müxtəlif formatda aksiyalar təşkil ediləcək, maarifləndirmə, xaricdəki uğurlu təcrübələri yaymaq, vətəndaşları nəqliyyatda etik davranış qaydalarını qorumağa çağırışlar ediləcək.
3. İctimai nəqliyyat mütəxəssislərinin, ekspertlərin, ictimai xadimlərin yazdıqları məqalə və materiallardan ibarət kitab nəşr olunacaq, ictimai yerlərdə paylanacaq, təqdimatı, tanıtımı, müzakirələri keçiriləcək.
4. Yeni media imkanlarından yararlanaraq sosial şəbəkə və İnternet resurslarında virtual aksiyalar, elektron kitabxanada hazırlanacaq e-nəşrlər yerləşdirməklə, ayrıca “Nəqliyyatda ictimai nəzarət” sosial şəbəkə resursunu yaratmaqla qarşıya qoyulan məsələlərin həllinə çalışılacaq.
5. Orta məktəbdə oxuyan şagirdlər, universitet tələbələri, ictimai fəal gənclərin iştirakıyla geniş kütlələr arasında maarifləndirmə işləri aparılacaq ki, bu də öz təsirini göstərməlidir.
6. Sərnişinlər və avtobus sürücüləri, ictimai nəqliyyatdan yararlanan, işləyənlərin özlərinin də cəlb olunacaq tədbirlər zamanı nəqliyyatda ictimai nəzarətin formalaşdırılması, sosial qınaq alətlərinin bərqərar edilməsi, yeni media və İKT imkanlarından yararlanaraq qanunları pozanları tənbeh edilməsi, ictimaiyyətin qarşısına çıxarılarak məzəmət edilməsi mexanizmi işlənəcək, eləcə də etik davranış normalarının hər kəs tərəfindən qorunmasının vacibliyi təbliğ olunacaq.
7. Əsas hədəf bu istiqamətdə aparılan işlərdə yeni nəsil nümayəndələrinin iştirakını təmin etmək, İnternet və qlobal elektron resurslarda, sosial şəbəkələrdə təbliğatında gənclərin rolunun artırılmasına nail olmaq, bu yöndə yeni formaların tapılmasına, həyata keçirilən rəsmi dövlət proqramlarının geniş ictimaiyyət tərəfindən tanıdılmasıdır.
8. Layihədə qarşıya qoyulan məqsədə çatmaq üçün cəmiyyətimizin milli-mənəvi, etik-mədəni, iqtisadi-biznes dəyərlərinin gücləndirilməsini, gənclər arasında təbliğini və populyarlaşdırılması yollarının araşdırılmasını əsas vəzifə olaraq qəbul edilir.
9. TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün fəaliyyətlərin qurulması bu sahələrdəki boşluqları qismən də olsa, dolduracaq.
10. Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV mərkəzlərində, ali məktəblərdə, elmi mərkəzlərdə nəqliyyatda ictimai nəzarətin və davranış normalarının, etik dəyərlərin qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tanıtım məclisləri keçiriləcək.
11. Yazılı və elektron KİV, yeni mediada media-aksiyaların təşkil ediləcək.

Mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə qarşılnacaq problemlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması və mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla risklərin nisbətən azaldılmasına, aradan qaldırılmasına çalışılacaq.
Əldə edilən nəticələr geniş ictimaiyyət arasında vurğulanan məsələlərə diqqəti artıracaq. Layihədən faydalanlar uzun müddət Azərbaycan mənəvi dəyərlər sisteminin XXI əsrdə qəbul edilən formatlar haqqında müxtəlif təsəvvürlərə malik olacaqlar. Gənclərimiz bu dəyərlərimizin ən yaxşı tərəflərini tanıyacaq, onların faydalı cəhətlərindən xəbərdar olacaqlar. Xüsusilə gənc nəsil ictimai nəqliyyatda mədəni davranışlar haqqında geniş məlumat ala biləcək, onun müxtəlif istiqamətlərini tanımaq imkanını qazanacaqlar. Mövzu ilə bağlı əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi bu istiqamətdə atılmış önəmli addımlardan biri olacaqdır.
Yaxın gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, nəqliyyatda ictimai nəzarət problemlərinə aid xüsusi elektron resursun, e-kitabxananın, eləcə də şəbəkə nəşrlərinin yayımını özündə birləşdirəcək yeni resursların yaradılması, virtual məkanda yol mədəniyyəti sahələrinin müxtəlif tərəfləri haqqında elmi-kütləvi, peşəkarlaşmağa yardımçı olan sahəvi elektron kitabların hazırlanması, yayımı, istifadəsi daha da genişlənəcək.
Ölkəmizin daxilində və xaricdəki anoloji şəbəkələrə qoşulmaqla, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi – layihə bitdikdən sonra da sosial şəbəkələrdəki innovativ aksiyalar ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Müxtəlif nəsil nümayəndələri, tədqiqatçıları, QHT-ləri əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları ilə geniş bilgi, e-kitab, intellektual əlaqələr yaradılacaq.
Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir.
İctimai nəqliyyatda çalışan peşəkarlar əksər hallarda sahəvi ədəbiyyat, təcrübələrin paylaşılması vacibdir. İnternetdə, elektron kitabxanada və sosial şəbəkələrdə kitabların, nəşr məhsullarının elektron variantları məhdud saydadır. Sistemsiz halda İnternetdə yerləşdirilən, yaxud azsaylı rəqəmsal intellektual-kulturoloji, kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə kultruroloji-kreativ texnologiya – insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.
Ölkəmizdə yol və nəqliyyat mədəniyyəti, etik davranış normaları sahəsinə aid dəyərli elektron nəşrlərin şəbəkə üçün hazırlanması, virtual resurslarda yerləşdirməklə ictimaiyyətə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə ehtiyac duyulur. Müxtəlif ədəbi-mədəni, kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış peşəkarların, alimləri əsərlərindən ibarət elektron kitabxananın hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.

Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin Mətbuat Xidməti

Go Back

Comment