AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

02.02.2015 tarixində "Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir" mövzüsünda keçirilən tədbir.

Sabitlik və İnkişaf Mərkəzi,DAMM-in birinci vitse prezidenti Rasim Məmmədov BMM-dəki çıxışında, Xocalı faciəsini əsrin ən yeni tarixinin vəhşiliyi, ümumxalq və ümumbəşəri faciəsi kimi qiymətləndirdi və uzun illər dünya birliyini bu ədalətsizliyə göz yummasına hər kəs kimi öz etirazını bildirib.Natiq,onu da vurğuladı ki,Xocalı soyqırımı ilə bağlı Azərbaycan dövləti, aidiyyatı qurumlar, dövlət və qeyri hökumət təşkilatları yetərincə dünya ictimaiyyətini faktlarla və orqumentlərlə məlumatlandırmışlar.Buna baxmayaraq, Dünya Birliyi Xocalı soyqrımını bu günə kimi tanımamışlar. Rasim Məmmədov çıxışında onu da qeyd etmişdir ki,rəhbərlik etdiyi Sabitlik və İnkişaf Mərkəzinin digər təsisçisi Sabir Hacıyevin yazdığı "Böyük Çin Səddi Erməni Terrorizmi Hədəfində" adlı kitabın nəşri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin mükafatına layiq görülmüşdür. Birinci vitse prezident kimi fəaliyyət göstərdiyim Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Ukrayna nümayəndiliyinin dəstəyi ilə isə 1900-1917ci illərdə Ukrayna da təhsil alan tələbələrin,ölkənin ictimai siyasi həyatındakı fəal rolundan bəhs edən kitabı isə, Ukraynalı alimlərin yazması daha böyük əhəmiyyət kəsb etməsini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bununla yanaşı, DAMM həmin illərdə erməni tələbələrinin, ordakı fitnəkarlığından pozuculuq fəaliyyətini əks etdirən yazılar dərc etdirmişlər.Çıxışında, Rasim Məmmədov onu da qeyd etmişdir ki,Aureli Qriqori xanım Dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqının başına gətirilən faciəvi soyqırımına ədalətli mövqedən baxması,geniş dünya ictimaiyyəti qarşısında çıxış etməsi,dinindən irqindən asılı olmayaraq hər kəsi bu soyqrıma vicdanla çağırışı kimi qiymətləndirmişdir. Eyni zamanda Rasim Məmmədov Gənclər günü münasibətilə, "Ölkənin gələcayi sizinlədir" fikri ilə gəncləri təbrik edərək,onları dünyanın həsəd apardıgı təməli Böyük Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyası ugrunda vətənpərvərliyə,dövlət və dövlətçiliyə sözdə yox əməldə, fəal olmağa çağırdı.Rasim Məmmədov "Ədalətsizliyə qarşı ən böyük mübarizə ədalətli olmaqdır" fikri ilə hər kəsi, dünyanı,Azərbaycanın haqq işində ədalətli olmağa çağırmışdır.

Go Back

Comments for this post have been disabled.