AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Sankt – Peterburqda keçiriləcək tədbirə gərgin hazırlıqlar gedir.

Dövlətimiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra diaspor təşkilatlarının formalaşdırılmasına, milli şüurda “Tarixi Vətən”, “ xaricdə yaşayan azərbaycanlılar ” anlayışlarının müstəqillik və demokratiya dəyərləri üzərində daha da canlandırılmasına yönəldilən siyasət və bu yolda qazanılan uğurlar davam edir. Buna nail olmaqda qeyri hökumət  təşkilatlarının rolu böyükdür. Hər şeydən öncə, qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin vaxtilə hələ sovet dövründə uğurlu yol dediyi “ Vətən” cəmiyyətinin təşəbbüslərinin yeni biçim və genişliklə davamı, azərbaycançılıq siyasətinin müasir beynəlxalq sosial siyasi münasibətlər sistemində uzaq - uzaq ellərə yola başlaması müasir Azərbaycan Xalq diplomatiyasının ən yeni forması kimi dəyərləndirilir. Bu gün respublikamızda həmin  yolla irəliləyən qeyri - dövlət təşkilatları sırasında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ( Xalq şairi Söhrab Tahirdir ), eləcə də Sabitlik və İnkişaf Mərkəzi də vardır. Bu təşkilatlarda əsası Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun həyata keçirilən diaspora siyasəti milli ideologiyamıza sıx bağlılıqla təbliğ edilir, diaspora təşkilatlarının əhatə dairələrinin genişləndirilməsinə qayğı ilə yanaşılır, beləliklə də, ölkəmizin beynəlxalq imicinin yaxşılaşmasına, soydaşlar arasında mədəni bağların daha da möhkəmlənməsinə, qürbətdə yaşayan həmvətənlərimizin tarixi vətən üçün həmişə qiymətli olmasına sağlam milli - mənəvi təminat yaradılır. Yaxın və uzaq xaricdə yaşayan soydaşlarımız həmin təşkilatlarda müvafiq olaraq vitse – president və mərkəzin sədri işləyən Rasim Məmmədovu,  Xalq şairi Söhrab Tahiri yaxşı tanıyırlar. Onlar insanlarla çox asanlıqla ünsiyyət yaratmağı, hər kəsə örnək ola biləcək fikirləri səmimiyyətlə söyləməyi, milli - mənəvi dəyərlərimizə, cəmiyyətdə  cərəyan edən hadisələrə münasibətdə obyektiv münasibət bildirməyi bacaran fəal həyat mövqeyinə malik vətəndaşlarımızdandırlar. Rasim Məmmədovun özünün bir müsahibəsində dediyi sözlər bu baxımdan diqqətəlayiqdir: “ Azərbaycanın nicatı, onun sabitliyi və inkişafı yalnız Heydər Əliyev ideologiyasına xidmətdədir ”. Rasim Məmmədov diaspora təşkilatları ilə görüşlərdə Ermənistan - Azərbayjan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, erməni  separatizmininxalqımıza qarşı törətdiyi Xocalı soyqırımının günahkarlarının beynəlxalq miqyasda tanınmasında dövlət qurumlarının, xüsusilə də Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən ürəkdolusu və cəsarətlə söhbət açır. Ümumiyyətlə, bu istiqamətdə  aparılan məqsədyönlü dövlət siyasətinin təbliği hər iki qurumun fəaliyyətinin əsas mövzusudur . Dünya Azərbaycanlılarının Mədəniyyət  Mərkəzi tarixi vətənə bağlılıq, respublikamızın iqtisadi  - siyasi sahələrdə qazandığı uğurları xaricdə yaşayan həmvətənlərimiz  önündə qürurla təbliğ edən vətənpərvər sıranəfəridir. Mərkəz həmin işlərə ölkəmizin Xalq arasında hörmətlə tanınan , məşhur ziyalılarından  ibarət müxtəlif qrupları cəlb etməklə xaricdə tez – tez görüşlər təşkil edir , dövlətçilik tariximizin şanlı səhifələrinə aid yubiley  gecələri , mədəniyyət  günləri keçirir . Bu tədbirlərin ən  təntənəlisi Ulu Öndər Heydər Əliyevin 90 illiyi şərəfinə təşkil olunmuşdu. Həmin tədbirlərdən  birinin məşhur neftçilər şəhəri uzaq NiJni Vartovskda  ( Rusiya Federasiyası ) keçirilməsi təsadüfi deyildi. Rusiyanın  neft və qaz sənayesi mərkəzlərindən biri olan bu şəhərin dünya xəritəsində  yer almasında  Azərbaycan oğullarının  əməyi  böyükdür.  Hazırda bu şəhərdə xeyli soydaşımız yaşayır və çalışır. Onlarla tez – tez görüşmək, diaspora təşkilatı kimi onların daha da güclənməsi və genişlənməsi  üçün həmvətənlərimizin tarixi vətəndən güc alması həmişə  faydalıdır. Dünya Azərbaycanlılarının Mədəniyyət  Mərkəzinin  iş təcrübəsi  göstərir  ki , diaspora təşkilatlarıilə  bağlı tədbirlərə ancaq soydaşlarımız  deyil, xeyli yerli insanların  da məmnuniyyətlə qoşulmalarında  təşəbbüskar olmaq  strateji  maraqlara xidmət edən niyyətdir. Ona görə də həmin tədbirlərin keçirilməsində  əsas məqsəd, sadəcə, günün ictimai  - siyasi nəbzini  tutmaq  deyil , həmin məkanı qısa müddətə də olsa , lakin sanballı özüllə azərbaycanlılaşdırmaq, həmvətənlərimizə, onların yerli dostlarına, qohumlarına, hətta qonşularına belə xırdaca bir mədəni diqqət yetirmək , ümumiyyətlə  , hər bir adi vətəndaşa AZƏRBAYCAN anlayışını mədəni  yolla açıqlamaq , tanıtmaqla onu  sabahkı həyatımıza bağlamış  oluruq . Mərkəz məhz bu yolla bizim üçün doğma olan insanlarımızın öz  kökündən , tarixindən  , ana dilindən , dostluq ruhundan ayrı düşməsinə imkan  vermir , hətta bəzi problemlərin  çözülməsi üçün səlahiyyətli  söz sahibləri qarşısında da məsələ qaldırmağı , söz açmağı da bacarır. Dünya Azərbaycanlılarının Mədəniyyət  Mərkəzi vətənimizin Qarabağ problem və bununla bağlı digər məsələlər barədə diaspora nümayəndələrinin müraciətlərinin  yaşadıqları ölkələrin dövlət  orqanlarına çatdırılması istiqamətdə  yardımçı olmağa  təşəbbüs göstərir , diaspora  təşkilatlarının fəallığına , tədbirlərinə kütləvilik xarakteri verməyə çalışır . Mərkəz  təşkil etdiyi görüşlərə təkcə həmin regionun  nümayəndələrinin cəlb edilməsi ilə kifayətlənmir , ətraf rayonlardan diaspora təşkilatlarının  , din adamlarının  , idmançıların qatılması  ilə tədbirlərinin maraqlı və yaddaqalan olmasını  təmin edir . Hər iki mərkəzin fəaliyyətində  kitab nəşri işi ilə təşviqat aparmaq xüsusi maraq doğurur.  Çünki həmin çap məhsulları  ancaq Azərbaycanın deyil , həmin ölkənin ictimai – siyasi həyatı  ilə də bağlı olur və belə bir qarşılıqlı əlaqələr hər iki ölkənin mədəni həyatına eyni ucalıqdan  işıq saçır , yadiğar söz kimi yaşayır . Məsələn, bu yaxınlarda Ukraynada  çapdan çıxmış “1900-1917- ci illərdə Ukraynada təhsil almış azərbaycanlı tələbələrin Ukrayna hökumətinin qurulmasında rolu ” kitabı hər iki ölkənin ziyalıları tərəfindən maraqla  qarşılanmışdır . Mərkəzin təsis  etdiyi “ ƏBƏDİ LİDER ” qızıl döş nişanı və Fəxri Diplomla tanınmış ziyalılarımzın  , elm - mədəniyyət xadimlərimizin  Ümummilli lider Heydər Əliyevin şərəfinə təltif olunmaları  ictimaiyyət tərəfindən hörmətlə  qarşılanır . Hazırda Dünya Azərbaycanlılarının  Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin  91-ci ildönümü  , Heydər Əliyev Fondunun  10 illik yubileyi münasibətilə may ayının 3- də əsrarəngiz bəyaz gecələr şəhəri  Sankt – Peterburqda təntənəli  tədbir keçirməyə gərgın hazırlıqlar  gedir .  Sankt – Peterburqun   məşhur Akademik Filarmoniyasında  baş tutacaq bu möhtəşəm  gecəyə maraq indidən böyükdür.

Go Back

Comments for this post have been disabled.