AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin hesabat tədbiri keçirilib

Atatürk Mərkəzində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin ilin yekunları ilə bağlı hesabat tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mərkəzin prezidenti Zöhrab Tahir, qurumun vitse-prezidenti Rasim Məmmədov, millət vəkili Jalə Əliyeva və digər mədəniyyət xadimləri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Mərkəzin prezidenti Zöhrab  Tahir təbir iştirakçılarını salamlayaraq, onlara təsbirdə iştirak etdiklərinə görə, təşəkkürünü bildirib.
 
Tədbirin gündəliyinə daxil olan məsələlər haqqında məlumat verən Z.Tahir vurğulayıb ki, gündəliyə iki Rasim Məmmədovun məruzəsi və təşkilatı məsələlər daxildir.
 
Rasim Məmmədov məruzə ilə çıxış edərək qurumun bir illik fəaliyyəti ilə bağlı məlumat verib. O bildirib ki, bir il ərzində təşkilat Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, bir sıra işlər həyata keçirilib.
 
Daha sonra tədbirdə millət vəkilləri Fəttah Heydərov, Jalə Əliyeva, professor kordioloq Rəşad Mahmudov, şairə Nəsibə Tahir, rejissor Əlismət Lalayev  mərkəzin rəyasət heyətinin üzvü seçiliblər.
 
Tədbirdə həmçinin Mərkəzin mədəniyyət və incəsənət şöbəsi yaradılıb. Şöbədə vokal, muğam, bədii qiraət sahələri öz əksini tapıb.
Daha sonra tədbirdə Mərkəzin Gənclər Təşkilatı da yaradılıb.

Go Back

Comments for this post have been disabled.