AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Mübariz İbrahimovun məzarını ziyarət edib

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Qadınlar Şurası və məktəblilərlə birgə Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər. SİA- nın məlumatına görə, ziyarətçilər ilk olaraq qəhrəmanın məzarına gül dəstələri düzüblər.

Ziyarətə gələnlər qəhrəmanla bağlı xoş sözlərini bildiriblər. Qeyd olunub ki, gənclər Mübariz kimi qəhrəmanlardan örnək götürməlidirlər.

Mübariz İbrahimovla bağlı fikirlərini bölüşən Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzinin vitse-prezidenti Rasim Məmmədov  bildirib ki, bu gün Mübariz İbrahimovun doğum günüdür və hər bir şəhidin anım günü, doğum günü  Azərbaycan xalqı üçün mühümdür. 

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi bu günlə bağlı həm paytaxtda, həm də regionlarda müxtəlif tədbirlər keçirir, azyaşlı uşaqlara, məktəblilərə qəhrəmanlarla bağlı məlumatlar verilir, onunla bağlı səhnələr hazırlanır və yazılar yazılır: “ Mübariz İbrahimov fərqli bir qəhrəmandır. O vətən yolunda atdığı adımı əvvəlcədən düşünərək atıb. Mübariz İbrahimov 1 milyondan artıq qaçqın və köçkünümüzü evindən didərgin salan, xalqımızı böyük bəlalara gətirib çıxaran 140-dan çoxx erməni terroristini məhv edib. Sərhəd bölgəsində muzdlu döyüşçülərlə 2 saata yaxın döyüşən  Mübariz sonda qəhrəmancasına həlak olub. Canından keçmək hər igidin işi deyil. Lakin Mübariz öz şirin canından keçərək Qəhrəmanlıq zirvəsinə ucala bilib. Bizim borcumuz onları unutmamaqdır. Qəhrəmanları unutmamaq gələcəyə ümidlə baxmaq deməkdir. Allah rəhmət etsin! Qoy xalqımız bundan sonra şəhid verməsin, dövlətimizə, vətənimizə sədaqəti ilə Milli Qəhrəmana çevrilsin”.

Go Back

Comments for this post have been disabled.