AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Haqqımızda

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildəÜmummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, Azərbaycan mədəni irsin təbliğatında da əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, mərkəzin potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, mədəniyyətlərarası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də Ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir.

Həmin ilin noyabr ayının 9 və 10 Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.

Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin strukturu:

 

 

 

 

 

 

 

 

 

RƏŞAD MAHMUDOV
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Vitse-Prezidenti

ÇİNGİZ ABDULLAYEV
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Prezidenti

RASİM MƏMMƏDOV 
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Birinci Vitse-Prezidenti

 

 

RAMİZ QULİYEV
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Vitse-Prezidenti

RƏHİLƏ HƏSRƏTOVA
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Vitse-Prezidenti

 

 

 

AYDIN XAN ƏBİLOV
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Aparat Rəhbəri

YASƏMƏN ƏSGƏROVA
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Məsul Katibi

 

 

 

 

 

 

 

 

ELŞAD SƏFİXANOV
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Gənclər Şurasının Rəhbəri

Flora Kərimova
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Qadınlar Şurasının Rəhbəri

NƏCƏF QƏNBƏROV
"Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzi"nin
Xarici Əlaqələr Şöbəsinin Rəhbəri

 

Ulu Öndər

HEYDƏR ƏLİYEV
DAMM-ın fəxri prezidenti
Dünya Azərbaycanlılarının Ümummilli Lideri

Söhrab Tahir

SÖHRAB TAHİR
DAMM İB İdarə Heyətinin fəxri sədri 

Rəyasət heyətinin üzvləri:

1. Çingiz Abdullayev - DAMM İB-nin prezidenti, yazıçı, nasir, publisist.

2. Rasim Məmmədov   -"Sabitlik və İnkişaf Mərkəzi"-in sədri, DAMM -in birinci vitse-prezidenti.

3. Rəşad Mahmudov  - Ürək damar cərrahı, tibb elmləri namizədi, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, "Tərəqqi medal" və "Qızıl Çinar" mükafatları ilə təltif olunub. Azərbaycan Respunlikasının Əməkdar Həkimi, Tibb Elmləri doktoru.

4. Rəhilə Həsrətova   - DAMM İB-nin vitse-prezidenti, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru

5. Hacı Quliyev   - DAMM İB-nin vitse-prezidenti, ictimai xadim

6. Aydın Xan Əbilov  - DAMM İB-nin İcraçı direktoru, Aparat rəhbəri, İNK sədrinin I müavini, SİMİB-nin sədr müavini, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq

7. Yasəmən Əsgərova - Möhübbətqızı - DAMM İB-nin Məsul katibi, İNK İH-nin məsul katibi, "Dövlət və qanun" qəzetinin baş redaktoru 

8. Nəcəd Qənbərov - DAMM İB-nin və İNK İH Xarici əlaqələr Departamentinin rəhbəri.